Borrell: "Avropa Birliyi qlobal siyasətdə obyektə çevrilir"
Avropa Birliyinin Xarici Siyasət üzrə Ali Nümayəndəsi xəbərdarlıq edib ki, Avropa Birliyi dünya arenasında tamhüquqlu oyunçu olmaq qabiliyyətini itirmək, dünya güclərinin obyektinə çevrilmək riski ilə üz-üzədir
SəhərAzəri-nin məlumatına əsasən, Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib: "Birlik, beynəlxalq işlərdə oyunçu rolunu itirməkdən və siyasi bir orqandan bir vasitəyə çevrilməkdən narahatdır".
Rəsmi öz Tvitter səhifəsində iddia edib ki, hazırda dünyada iki tendensiya mövcuddur ki, bunlar da Avropanın işlərinə çox güclü təsir edirlər: birincisi, ABŞ-ın və müttəfiqlərinin Çinin qarşısını almağa yönələn səyləri; ikincisi, çoxqütblü dinamika. Burada Rusiya kimi oyunçular öz manevr və təsir sferasını genişləndirməyə cəhd edirlər.
Avropa Birliyinin Xarici Siyasət üzrə Ali Nümayəndəsi əlavə edib: "Bu cür hərəkətlər Suriya, Liviya və Malidə olduğu kimi Avropa Birliyinin maraqlarını çox vaxt məhdudlaşdırır".
Borrell, AB liderlərini öz silahlı qüvvələrini yaratmağa çağırıb, hansı ki, NATO ilə rəqabət aparmayacaq, lakin koalisiyanı tamamlayacaq.
Son iyirmi il ərzində Ukrayna və Gürcüstan kimi məsələlərdə Rusiya ilə mübahisə edən Avropa Birliyi son vaxtlar Putinin tənqidçisi Aleksey Navalnını Rusiyaya qarşı daha çox düşmənçilik və Moskvaya qarşı yeni cəbhə yaratmaq üçün bir bəhanəyə çevirib.