Okt 13, 2021 19:35 Asia/Baku
  • Lavrov
    Lavrov

Rusiyanın xarici işlər naziri ABŞ və Avropa Birliyinin Belarusa müdaxilə etmək səylərini tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov Millətlər Birliyinin təhlükəsizlik qurumları və kəşfiyyat xidmətləri rəhbərlərinin 17-ci toplantısının əvvəlindəki çıxışında, ABŞ və Avropa Birliyinin Belarusun daxili işlərinə müdaxiləsinin davam etməsinin qəbuledilməz olduğunu bildirib.

Lavrov vurğulayıb ki, yalnız Belarusun xalqı və onların qanuni nümayəndələri konstitusiyası çərçivəsində bu ölkənin gələcəyi ilə bağlı qərar vermək hüququna malikdirlər.

Teqlər