Noy 08, 2021 13:11 Asia/Baku
  • Mixail Ulyanov
    Mixail Ulyanov

Rusiya Federasiyasının beynəlxalq təşkilatlardakı nümayəndəsi bir tvitdə yazıb: "ABŞ siyasi səbəblərdən Rusiya ilə Ukrayna arasında baş verənlərlə bağlı qeyri-real rəqəmlər və statistikalar təqdim edir".

SəhərAzəri-nin məlumatına əsasən, Mixail Ulyanov davamında yazıb: "Bu, həqiqətən də əsl faciədir. Düzgün başa düşmək üçün digər rəqəmləri də nəzərə almaq lazımdır. 1,6 milyon köçkündən 1 milyon 150 min nəfəri Rusiyaya qaçıb".

Rusiyanın beynəlxalq təşkilatlardakı nümayəndəsi qeyd edib ki, 13 min ölümdən 8 min 500-ü Donbasda baş verib. ABŞ siyasi səbəblərdən şişirdilmiş rəqəmlərdən istifadə etməyə üstünlük verir.

ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı Nümayəndəliyi bu yaxınlarda iddia edib ki, Rusiyanın Ukraynaya qarşı artıq 8 ildir davam edən təcavüzü 13 mindən çox insanın ölümünə, on minlərlə insanın yaralanmasına və 1,6 milyon insanın didərgin düşməsinə səbəb olub və mühüm mülki infrastruktura böyük ziyan vurub.

Teqlər