AB Təl-Əvivi sionist qəsəbəsalmanı dayandırmağa çağırıb
Avropa Birliyinin rəsmiləri bir daha sionist rejimi qərb sahilində qanunsuz sionist qəsəbəsalmaları dayandırmağa çağırıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa Birliyinin BMT Təhlükəsizlik Şurasındakı nümayəndələri çərşənbə axşamı günü səhər sionist rejimi yeni qəsəbələrsalma layihələrini dayandırmağa çağırıblar.
Avropa Birliyinin nümayəndələri həmçinin vurğulayıblar ki, altı fələstinli təşkilatın sionist rejim tərəfindən terrorçu qruplar kimi təqdim edilməsi ciddi narahatlıq doğurur.
Sionist rejimin sionist qəsəbəsalmaları Amerikanın keçmiş prezidenti Donald Trampın prezidentliyi dövründə nəzərəçarpacaq sıçrayışın şahidi oldu. Belə ki, sionist mənbələrin məlumatlarına görə, Təl-Əviv 2020-ci ildə 12 min 159 yeni sionist mənzili tikdi. Bu sayda mənzil, 2012-ci ildən bəri görünməmiş bir rəqəm olubdur. Halbuki, BMT Təhlükəsizlik Şurası sionist rejimin Fələstin ərazilərində sionist qəsəbəsalmalarına son qoymaq məqsədilə 2016-cı il dekabrın 23-də 2334 saylı qətnamə qəbul edibdir.
Sionist rejimin 1967-ci ildəki sionist qəsəbəsalmalarının qanunsuz olmasına təkid edən qətnamədə Təl-Əvivdən Şərqi Qüds də daxil olmaqla qərb sahilində sionist qəsəbəsalmalara son qoyması tələb olunub.