Noy 13, 2021 17:47 Asia/Baku
  • Avstraliyada məcburi peyvənd əleyhinə geniş aksiya keçirilib

Avstraliyanın Melburn şəhərində minlərlə insan məcburi peyvəndə qarşı aksiya keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, Avstraliyada 16 yaşdan yuxarı insanların təxminən 83 faizi Covid-19 virusuna qarşı tam peyvənd olunub.

Bununla belə bəzi ştatlar və ərazilər bir çox peşələr üçün peyvəndi məcburi edib, peyvənd olunmamış insanların restoranlara girişinə qadağa qoyublar. 

Məlumata əsasən, minlərlə avstraliyalı bu qadağalara etiraz edərək, Viktoriya ştatının hökumət rəsmilərini Almaniyadakı nasistlərlə müqayisə ediblər.

"The Age" qəzeti də bildirib ki, etirazçılardan biri üzərində Viktoriya ştatının baş naziri Daniel Endryusun Hitlerin bığı ilə təsvir edildiyi plakat daşıyırmış.

Teqlər