Miqrantlar böhranında Qərb müqəssirdir
Qərb ölkələrinin İraq və Əfqanıstandakı militarizmlərinə işarə edən Rusiya prezidenti Vladimir Putin deyib ki, Qərb Belarus-Polşa sərhədindəki miqrantlar böhranında məsuliyyət daşıyır.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa Birliyinin Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığı bir halda, Putin dünən axşam bir televiziya müsahibəsində deyibdir ki, onun nöqteyi-nəzərincə, Belarus miqrantlar böhranında müqəssir deyildir.
Putin həmçinin Belarus sərhədindəki polşalı hərbçiləri miqrantlara işgəncə verməkdə ittiham edib.
Hal-hazırda əksər hissəsi Qərbi Asiya ölkələrindən olan iki mindən çox mühacir Belarus ilə Polşa arasındakı sərhəd məntəqəsindədir.
Bu mühacirlər Polşaya daxil olmaq və Almaniya xüsusiyyət təşkil etməklə Avropa Birliyi ölkələrinə çatmaq niyyətindədirlər.
Avropa Birliyi bundan öncə Belarusu bu birlikdə səbatsızlıq yaratmaq üçün miqrantlardan siyasi vasitə kimi istifadə etməkdə ittihamlandırmışdı. Rəsmi Minsk isə bu ittihamı rədd edibdir.
Son günlər minlərlə miqrant Belarus-Polşa sərhədində yerləşib. Polşa rəsmiləri sərhəddə tikanlı məftil hasar çəkmək və ordu qüvvələrini yerləşdirməklə mühacirlərin Avropa Birliyinə daxil olmalarına mane olurlar.
Belə bir halda, Belarus ilə Polşa arasındakı sərhəd məntəqəsində şərait son dərəcə acınacaqlıdır və mühacirlər kəskin soyuqlarda su və qida çatışmazlığı ilə üzləşirlər.