Rusiyanın Ukrayna vebsaytlarına kiberhücumlarla heç bir əlaqəsi yoxdur
https://azeri.sahartv.ir/news/dünya-i385120-rusiyanın_ukrayna_vebsaytlarına_kiberhücumlarla_heç_bir_əlaqəsi_yoxdur
Kremlin sözçüsü bildirib ki, Rusiyanın Ukrayna vebsaytlarına kiberhücumlarla heç bir əlaqəsi yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 16, 2022 10:25 Asia/Baku
  • Dmitri Peskov
    Dmitri Peskov

Kremlin sözçüsü bildirib ki, Rusiyanın Ukrayna vebsaytlarına kiberhücumlarla heç bir əlaqəsi yoxdur.

SəhərAzəri-nin məlumatına əsasən, CNN-ə müsahibə verən Dmitri Peskov qərblilərlə Ukraynanın heç bir fakt olmadan Rusiyaya ittiham vurmalarını belə cavablandırıb: Moskva Ukraynaya qarşı kiberhücumların arxasında Rusiyanın durmasına dair iddialardan xəbərdardır, amma bu Rusiya əleyhinə digər bir əsassız ittihamdır.

O, əlavə edib: Moskva ukraynalıların Rusiyanı hər şeydə, hətta ölkələrinin pis iqlim şəraitində müqəssir bilmələrinə adət edib.

Peskovun sözlərinin fonunda qeyd edək ki, cümə günü Ukrayna hökumətinin tabeliyində olan onlarla vebsayt kiber hücumuna məruz qaldı və onların istifadəçilərinin böyük bir hissəsinin məlumatları hakerlərin əlinə keçdi. Buna görə, qərbli və ukraynalı rəsmilər son zamanlar Rusiyanın Ukraynaya ehtimal edilən hücumu barədə iddialar irəli sürüblər.