Yan 17, 2022 13:04 Asia/Baku
  • Ceyk Sullivan
    Ceyk Sullivan

ABŞ-ın milli təhlükəsizlik müşaviri Rusiyaya xəbərdarlıq edib ki, Ukraynaya hücum edərsə, Moskva ağır iqtisadi nəticələrlə üzləşəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bazar günü xəbərdarlıq edib ki, Rusiya Ukraynanı işğal edərsə, ABŞ və Qərb müttəfiqləri tərəfindən "ağır iqtisadi nəticələrlə" üzləşəcək.

O, CBS telekanalına müsahibə verərkən deyib: "Rusiyanın Ukraynaya kiberhücumlarla təzyiq etdiyi ortaya çıxarsa və bu, qarşıdakı dövrdə də davam edərsə, biz müttəfiqlərimizlə müvafiq cavab tədbirləri üzərində işləyəcəyik”.

Sullivan əlavə edib: "Rusiya hərbi əməliyyata başlayarsa, ABŞ onların iqtisadiyyatına və Avropadakı strateji mövqelərinə zərbə vuracaq addımlar atacaq və Rusiyanın bu hərəkəti NATO-nun həmrəyliyini gücləndirəcək".

Teqlər