Rusiya nüvə buzqıran gəmisini suya buraxıb
Rusiya Arktika və Şimal Buzlu Okean buzlaqlarında hərəkət etmək üçün nüvə buzqıran gəmisini suya buraxıb.
SəhərAzəri-nin məlumatına əsasən, İRNA-nın məlumatına görə, Rusiyanın Murmansk limanında bir mərasim çərçivəsində "Sibir" nüvə buzqıran gəmisi "Atom flot" adlı Rusiya nüvə buzqıran gəmiləri donanmasına qoşulub və Arktika sularında və qonşu qütb bölgələrində dəniz missiyalarına başlayıb.
Uzunluğu 173 metr və eni 34 metr olan Sibir nüvə buzqıran gəmisi 22220 hayihəsinin ikinci buzqıran gəmisidir. Bu, bütün dünyada nüvə buzqıran gəmiləri üçün ən böyük lahiyədir.
Nüvə buzqıran gəmiləri qalınlığı 2 metrdən çox olan buzla örtülmüş sularda gəmilərin hərəkəti üçün yolu aça bilir.
Arktika ilə qonşu olan Rusiya, ABŞ, Kanada, Norveç və Danimarka qütb ehtiyatları və ətraf sulara nəzarət uğrunda bir-birləri ilə rəqabət aparırlar.