Yan 29, 2022 19:59 Asia/Baku
  • NATO:

NATO-nun baş katibi Rusiyanın Ukraynaya hücum etmək niyyətində olduğuna dair iddialarını bir daha təkrarlayaraq, deyib: "Rusiyanın Ukraynaya hücumu kiberhücum dövlət çevrilişinə cəhd və təxribatı da əhatə edə bilər".

SəhərAzəri-nin məlumatına əsasən, Yens Stoltenberq iddia edib ki, Rusiya qoşunlarının Ukrayna və Belarusla sərhədlərdə artırılması Moskvanın Qərb müttəfiqlərinə təzyiq göstərməsinin yeganə yolu deyil.

Stoltenberq deyib ki, NATO Rusiyanın Ukraynaya qarşı təcavüzünün müxtəlif formalarına hazır olmalıdır. 

NATO-nun yüksək rütbəli rəsmisi vurğulayıb ki, alyans Şərqi Avropada hərbi mövcudluğunu artırmağa hazırdır və Rusiya qoşunlarının və silahlarının Belarusa ötürülməsini diqqətlə izləyir. 

Yens Stoltenberq Belarusda minlərlə rus əsgəri, təyyarə və S-400 silah sistemlərinin yerləşdirilməsinə toxunaraq, əlavə edib: "NATO tərəfində biz siyasi dialoq aparmağa hazırıq, lakin Rusiya silahlı qarşıdurmaya qərar verərsə, reaksiya verməyə də hazırıq".

Əldə edilən məlumatlara görə, Rusiya Ukrayna ilə sərhədi yaxınlığında bir sıra hərbi təlimlərə başlayıb və Belarusda da oxşar təlimlər keçirməyi planlaşdırır.

Moskva dəfələrlə Ukraynanı işğal etməyəcəyinə təkid edib,  lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov xəbərdarlıq edib: "Əgər Ukrayna ilə əlaqədar müharibə ehtimalı Rusiyaya bağlıdırsa, biz müharibə istəmirik, Lakin biz maraqlarımızın kobud şəkildə tapdalanmasına və diqqətdən kənarda qalmasına imkan verməyəcəyik".

Teqlər