İngiltərədə minlərlə ev hələ də işıqsızdır
Malik qasırğası İngiltərənin şimal bölgələrinə xüsusilə də Şotlandiya, Şimali İrlandiya və İngiltərənin şimal-şərqinə təsir edib.
SəhərAzəri-nin məlumatına əsasən, İRİB-in məlumatına görə, İngiltərənin şimalındakı yerli media "Malik" qasırğasından bir gün sonra 18 mindən çox evin elektrik enerjisinin kəsildiyini bildirib.
Çox sayda ağacın yollara və evlərin ətrafına aşmasına səbəb olan bu fırtına indiyədək 2 nəfərin həyatına son qoyub.
İngiltərənin şimalını, xüsusilə Şotlandiya, Şimali İrlandiya və İngiltərənin şimal-şərqini vuran "Malik" qasırğası həmçinin çox sayda evə, yollara və elektrik xətlərinə ziyan vurub, bəzi yollarda nəqliyyatın hərəkətini dayandırıb.
Qasırğadan zərər çəkmiş bölgələrdə, həmçinin şəhər və şəhərlərarası qatarların hərəkəti dayandırıb və onlarla qatarın hərəkəti ləğv edilib, bəzi yollar isə ağacların aşması və ya dəyən ziyanlar səbəbindən bağlanıb.