Rusiya ABŞ-ın iddiasını cavablandırıb
-
oskvanın imamcüməsi
Moskvanın imamcüməsi Amerikanın Rusiya müsəlmanlarının hüquqlarının pozulmasına dair iddiasını təkzib və rədd edib.
SəhərAzəri-nin məlumatına əsasən, Albir Korqanov ABŞ dövlət departamentinin və AŞPA-nın Rusiyada müsəlmanlar da daxil olmaqla müxtəlif dinlərin davamçılarının hüquqlarının pozulmasına dair iddialarını rədd edib və belə deyib: Dinlərin, o sıradan İslam dininin davamçılarının hüquqlarının pozulmasına dair eşitdiyimiz ittihamlar həqiqətə uyğun deyil və Rusiyada baş vermir.
Rusiya müsəlmanları dini idarəsi sədrinin dediyinə görə, müsəlmanlarla bu ölkədəki digər dinlərin dini mərkəzləri və Rusiya hökumət təşkilatları arasındakı əməkdaşlıq belə bir reallığı sübut edir ki, Rusiyada İslam dininin davamçılarının hüquqları pozulmur.
Rusiyada 146 milyon nəfərlik əhalinin təqribən otuz milyon nəfəri müsəlmandır. Onların əksər hissəsi Moskvada, Rusiyanın Şimali Qafqaz, Volqa və mərkəzi bölgələrində yaşayır.