Rusiya Ukraynadakı diplomatlarını təxliyə edir; Missiyanın bayraqlarını endirir
-
diplomatlarını təxliyə edir
Rusiyanın Ukrayna ərazisində yerləşən bütün diplomatik nümayəndəliklərinin personalının təxliyə olunmasına başlanılıb.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə səfirliyin mətbuat attaşesi Denis Qolenko məlumat verib.
Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində bildirib ki, Rusiya Ukraynadakı diplomatların Kiyev rejimi və üçüncü ölkələrin mümkün təxribatlarından qorunması üçün onları təxliyə etmək imkanını istisna etmir.
Ukrayna Xarici İşlər Nazirliyi çərşənbə axşamı Rusiyanın Donetsk və Luqanskın müstəqilliyini tanıması ilə əlaqədar Rusiyadakı müvəqqəti işlər vəkilini geri çağırıb, Almaniya isə Rusiyanın Berlindəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi günü Ukrayna ərzisindəki "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın "müstəqilliyini" tanıyıb, o, bununla bağlı fərman imzalayıb. Daha sonra silahlı qüvvələrə Ukraynanın mümkün hərbi əməliyyatları qarşısında "DXR" və "LXR"ni qorumaq üçün bu bölgələrdə yerləşmək əmri verib.