Fev 25, 2022 08:06 Asia/Baku
  • Zelenski: “Tək qalmışıq

Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində Qərbdəki müttəfiqlərinin bu ölkəni tək qoyduqlarını tənqid atəşinə tutub. Eyni zamanda NATO-nun baş katibi bu alyansın Ukraynaya hərbi qüvvə göndərmək üçün hərhansı plana malik olmadığını deyib.

SəhərAzəri-nin məlumatına əsasən, Zelenski deyib: “Bu gün başqa dövlətlərin rəhbərləri ilə nə qədər söhbət etmişəmsə də, bir neçə şey eşitmişəm. Birincisi, bizə dəstək verilir. Mən Ukraynaya xüsusi yardım edən hər bir dövlətə minnətdaram. Yalnız sözlərlə deyil. Amma ikinci bir şey də var - dövlətimizin müdafiəsində tək qalmışıq. Kim bizimlə döyüşməyə hazırdır? Mən bunları görmürəm. Ukraynaya NATO-ya daxil olmaq üçün kim zəmanət verməyə hazırdır? Hamı qorxur”.

Ukrayna lideri Rusiyanın danışıq təkliflərinə də toxunub: “Bu gün Moskvadan eşitdik ki, onlar hələ də danışmaq istəyirlər. Onlar Ukraynanın neytral statusundan danışmaq istəyirlər.Mən dövlətimizin bütün tərəfdaşlarına deyirəm: indi ölkəmizin taleyi həll olunur. Onlardan soruşuram: bizimləsiniz? Onlar buna  olmaları ilə cavab verirlər. Amma bizi də özləri ilə Alyansa aparmağa hazır deyillər”.

O sonra NATO-ya üzvlük məsələsinə toxunaraq deyib: “Mən Avropanın iyirmi yeddi dövlətinin liderindən Ukraynanın NATO-da olub-olmadığını soruşdum. Birbaşa soruşdum. Onların hamısı qorxur. Amma biz qorxmuruq. Bəs biz hansı təhlükəsizlik zəmanətlərinə malik olacağıq? Onu hansı ölkələr verəcək?”

Ukrayna lideri vurğulayıb ki, ölkənin taleyi bütünlüklə ordudan, təhlükəsizlik qüvvələrindən, bütün müdafiəçilərdən asılıdır. 

NATO-nun baş katibi Yens Stoltenberq bu hərbi alyansın səfirləri ilə təcili iclasdan sonra müxbirlərə deyib ki, NATO-nun Ukraynaya hərbi qüvvələr göndərilməsinə dair heç bir planı yoxdur. O sadəcə NATO məkanının müdafiə tədbirlərinin həyata keçirilməsindən xəbər verib.

Teqlər