Rusiya ordusu Ukraynada daha bir şəhəri ələ keçirib
Xerson təslim oldu - TƏCİLİ
Mart 02, 2022 12:50 Asia/Baku
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Hersonun alınması barədə açıqlama verib.
SəhərAzəri-nin Turan Xəbər Agentliyinə istinadən verdiyi məlumata əsasən, Rusiya Silahlı Qüvvələrinin bölmələri Xerson vilayətinin mərkəzinə tam nəzarəti ələ keçirib.
Nazirlik iddia edib ki, Xersonun mülki infrastrukturu, həyat təminatı obyektləri və şəhər nəqliyyatı gündəlik rejimdə işləyir.
RF Müdafiə Nazirliyinin məlumatında həmçinin deyilir ki, ümumilikdə hərbi əməliyyat zamanı Ukrayna hərbi infrastrukturunun 1 502 obyekti sıradan çıxarılıb.
Bununla belə, Ukrayna mənbələrinin məlumatlarına görə, dünən gecə rus qoşunları ölkənin şimalında Çerniqov və Sumı vilayət mərkəzləri istiqamətində irəliləməyə müvəffəq olmayıb.