Rusiya və Ukrayna müzakirələrin davam edəcəyini bildiriblər
Mart 04, 2022 19:23 Asia/Baku
Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu bu həftənin sonunda keçiriləcək.
SəhərAzəri-nin CNN-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Olaf Şoltsla telefon danışığı zamanı bildirib.
Ukrayna Prezident ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak də Rusiya ilə danışıqların ağır keçməsinə rəğmən davam edəcəyini bildirib.
“Danışıqlarda Rusiyanın mövqeyi sərtdir, amma Ukraynanın da mövqeyi sərtdir”, - o vurğulayıb.
Podolyak Rusiya tərəfinin tələblərinin məlum olması səbəbindən Ukrayna üçün danışıqların rahat getdiyini əlavə edib.