Putin Ukrayna müharibəsindəki son durumu açıqlayıb
Rusiya prezidenti Vladimir Putin Ukraynanın hazırkı hakimiyyətini bu ölkənin dövlətçiliyinin gələcəyini sual altında qoymaqda ittiham edib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Prezidenti Vladimir Putin qadın pilotlarla görüşdə Ukraynadakı hərbi əməliyyatlarin qrafik üzrə davam etdiyini deyib.
“Ukraynanın hərbi infrastrukturunun məhv edilməsi başa çatmaq üzrədir. Ukraynada xüsusi əməliyyat zamanı Hava Hücumundan Müdafiə Sistemləri tam məhv edilib”, - Rusiya lideri vurğulayıb.
Putin ölkədə hərbi vəziyyət elan olunmayacağını da əlavə edib.
Rusiya Prezidenti Ukraynada hərbi əməliyyatları özü üçün çətin qərar adlandırıb.
“Rusiya Ukraynadakı münaqişəni dinc yolla həll etmək istəyirdi. Donbasa rusca sərbəst danışmaq və öz qaydaları ilə yaşamağa icazə verilməli idi”, - vurğulayıb.
Putin hazırkı hakimiyyətin Ukrayna dövlətçiliyinin gələcəyini sual altında qoyduğunu qeyd edib.
Rusiya lideri Ukraynanın silahsızlaşdırılmasının çoxlu fərqli variantlarının olduğunu açıqlayıb. Putin həmin variantların Kiyevlə danışıqlar masasında olduğunu bildirib.
Rusiya Prezidenti Qərbin Ukrayna ilə bağlı mövqeyini absurd teatrı adlandırıb.
“Qaraya ağ, ağa qara deyirlər”, - Putin vurğulayıb.
O, Qərbin elan etdiyi sanksiyaları müharibə ilə eyniləşdirib.
“Rusiyaya qarşı elan olunmuş sanksiyalar müharibə elanı ilə eynidir. Amma hələ ki buna gəlib çatmayıb”, - Putin deyib.
O, üçüncü tərəfi Ukraynada qeyri-uçuş zonası yaratmaqdan çəkinməyə çağırıb: “Rusiya Ukraynada qeyri-uçuş zonasının yaradılması barədə qərar verən istənilən ölkəni münaqişə tərəfi hesab edəcək”.