Qərb ilə Rusiya əlaqələri qopma nöqtəsində
ABŞ və Britaniya vətəndaşlarını Rusiyadan çıxarır
Ukrayna üstündə gərginliyin artması ilə ABŞ və Britaniya öz vətəndaşlarını dəhal Rusiyanı tərk etməyə çağırıblar.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Dövlət Departamenti vətəndaşlarına Rusiyaya səyahət etməmək barədə xəbərdarlıq etsə də, bu ölkədəki vətəndaşlarına Rusiyanı dərhal tərk etməyə çağırışını təkrarlayıb.
Dövlət Departamentinin yazılı açıqlamasında Rusiyanın Ukraynaya hücumlarının ölkədə təhlükəni və gərginliyi yüksək dərəcədə artırdığı vurğulanıb.
Britaniya hökuməti də Rusiyada qalması məcburi olmayan vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.
Britaniya Xarici İşlər Nazirliyinin bu barədə yaydığı məlumatda ölkəyə qayıtmaq üçün mövcud uçuş variantlarının olmaması və Rusiya iqtisadiyyatının artan çətinlikləri səbəbindən bütün Rusiyaya səyahətə qarşı xəbərdarlıq edib.