Lavrov: ABŞ Rusiyanı təcrid edə bilməyəcək
Rusiyanın xarici işlər naziri deyib: "Moskvanın ABŞ tərəfindən təcrid olunması mümkün olmayacaq və bu gün dünya çoxqütblüdür".
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinlə bütün tarixin ən yaxşı əlaqələrinə malik olduqlarını bəyan edərək, Rusiyanın Asiya-Sakit okean regionu, Asiya, Afrika və Latın Amerikasında çoxlu sayda tərəfdaşının olduğunu söyləyib.
Lavrov qeyd edib ki, ABŞ digər ölkələri demokratiyaya dəvət edir, halbuki, özü diktatura siyasətini diktə edir. Biz yeni liberalizmin nəzərdə tutduğu saxta dəyərləri tətbiq etməməliyik.
Rusiya xarici işlər naziri Vladimir Putinin, Volodimir Zelenski ilə görüşə qarşı olmadığını da vurğulayıb və əlavə edib: "Putinin Zelenski ilə görüşü Rusiyanın qaldırdığı əsas məsələlərlə bağlı izahat alındıqdan dərhal sonra mümkün olacaq".
Ukraynanın tərksilah edilməsi və neonasizmin kökünün kəsilməsinin Rusiyanın iki əsas tələbi olduğunu deyən Lavrov daha sonra deyib: "Biz İstanbulda ukraynalılarla danışıqların uğurlu olmasını və Kiyev rejimi tərəfindən Donbasda dinc sakinlərin öldürülməsinin dayandırılmasını istəyirik".