Rusiya rus əsirlərin işgəncəsinə dair videoları araşdırır
https://azeri.sahartv.ir/news/dünya-i387368-rusiya_rus_əsirlərin_işgəncəsinə_dair_videoları_araşdırır
Rusiya, sosial şəbəkələrdə rus əsirlərə Ukrayna əsgərləri tərəfindən işgəncə verilməsini əks etdirən zorakı və narahatedici videonun yayılmasından sonra araşdırmalara başlayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 28, 2022 14:51 Asia/Baku
  • rus əsirləri
    rus əsirləri

Rusiya, sosial şəbəkələrdə rus əsirlərə Ukrayna əsgərləri tərəfindən işgəncə verilməsini əks etdirən zorakı və narahatedici videonun yayılmasından sonra araşdırmalara başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, "RT"nin məlumatına görə, Rusiya Federal İstintaq Komitəsi bazar günü bir bəyanatda bildirib ki, internetdə əsir götürülmüş hərbçilərlə pis rəftarı əks etdirən görüntülər yayılıb. Videoda onların tibbi yardım olmadan ayaqlarından necə güllələndiyi görünür.

Komitənin sədri Aleksandr Bastrıkin müstəntiqlərə hadisənin bütün hallarını aşkar etməyi, sübutların toplanması və qeydə alınmasını və bu işdə iştirak edən bütün şəxslərin müəyyən edilməsini, sonradan qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilməsini tapşırıb.

Rusiya Federal İstintaq Komitəsi əlavə edib: "Bu narahatedici videoların harada və nə vaxt lentə alındığı hələlik bəlli deyil. Bəzi xəbərlər hadisənin Ukraynanın şərqindəki Xarkov vilayətindəki hərbi kompleksdə baş verdiyini göstərir; Hansı ki, "Millətçi" bölmələr tərəfindən işğal edilib".