Mart 29, 2022 12:01 Asia/Baku
  • Biden putin
    Biden putin

ABŞ prezidentinin Rusiya prezidentinə qarşı iddiası ABŞ-da və bütün dünyada geniş reaksiyalara səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, "FARS" xəbər agentliyinin məlumatına görə, ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdən uzaqlaşdırılmasının zəruriliyi ilə bağlı iddiaları bu ölkə rəsmilərini qəzəbləndirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Baydenin anti-Rusiya iddialarına reaksiyada qeyd edib ki, Rusiya Federasiyasında kimin hakimiyyətdə olacağı ilə bağlı qərar vermək Baydenin işi deyil, ölkə prezidentini Rusiya xalqı seçir.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Baydenin Rusiya prezidenti haqqında dediklərinə qarşı bir bəyanatda yazıb: "Hətta soyuq müharibənin ən pis anlarında belə, Sovet İttifaqının prezidentləri haqqında belə iddialar səsləndirilmirdi və Amerika vətəndaşları belə prezidentdən utanmalıdırlar".

Respublikaçı senator Cim Riş də Baydenin iddiasını "dəhşətli boşboğazlıq" və "böyük problemə səbəb olacaq bir addım" kimi dəyərləndirib. 

ABŞ dövlət katibi Entoni Blinken Co Baydenin Putin haqqında mübahisəli açıqlamasından təkcə bir neçə saat sonra keçirdiyi mətbuat konfransında deyib: "ABŞ-ın Rusiyada rejim dəyişikliyi siyasəti yoxdur".

Respublikaçı senator Rob Portman da prezidentin anti-Rusiya iddialarını tənqid edib.

ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Maykl Makkouel də Baydenin Rusiya əleyhinə iddialarını tənqid edərək, Deyib: "ABŞ hər dəfə hakimiyyət dəyişikliyini irəli sürüb, vəziyyət daha da pisləşib". 

ABŞ prezidenti Co Bayden şənbə günü Avropa turunun sonunda Polşada Ukraynadakı hazırkı müharibəni azadlıq uğrunda gedən mübarizənin bir hissəsi kimi xarakterizə edib və sonra açıq şəkildə Putinin hakimiyyətinə son qoymağa çağırıb.

ABŞ prezidenti bazar günü isə Polşadakı çıxışından geri çəkilib və Vaşinqtonun Rusiyada hakimiyyət  dəyişikliyi istəmədiyini bildirib.

Teqlər