Moskva Vaşinqtona nota verib
https://azeri.sahartv.ir/news/dünya-i388409-moskva_vaşinqtona_nota_verib
Moskva Vaşinqtona Kiyevə silah göndərməsini dayandırması tələbi ilə nota verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 25, 2022 10:15 Asia/Baku
  • Moskva Vaşinqtona nota verib

Moskva Vaşinqtona Kiyevə silah göndərməsini dayandırması tələbi ilə nota verib.

SəhərAzəri-nin verdiyi məlumata görə,Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, ABŞ-ın Ukraynanı təpədən-dırnağa qədər silahlandırması qəbuledilməzdiri və rəsmi Moskva bununla əlaqədar ABŞ-a nota verib:

 “Vaşinqtondan Kiyevə 800 milyon dollar, məhz bu məbləğdə silah veriləcək. Bu böyük rəqəmdir və situasiyanın diplomatik həlli yollarına töhfə vermir. Nota vermişikmi? Bəli, biz ABŞ-ın Ukraynanı təpədən-dırnağa silahlandırmasının qəbuledilməz olduğunu vurğuladıq. Biz bu praktikanın dayandırılmasını tələb etdik”, - səfir vurğulayıb.

ABŞ Ukraynanın müharibə səylərini dəstəkləmək məqsədi ilə əlavə 700 milyon dollarlıq hərbi yardım edəcəyini bildirib.