May 03, 2022 13:13 Asia/Baku
  • Dünya bazarında neftin qiyməti artıb

Dünyanın enerji bazarında qara qızılın qiyməti artıb.

SəhərAzəri-nin məlumatına əsasən,Amerikanın xam neft ehtiyatlarının azalması, eləcə də Ukrayna savaşı və Qərbin Rusiyaya qarşı yeni sanksiyaları ətrafındakı siyasi gərginliklərin şiddətlənməsindən irəli gələn nigarançılıqların artması ilə dünya bazarında qara qızılın qiyməti artımın şahidi olub.

Amerikanın «Vest Texas intermidiet» markalı xam nefti barreldə 105 dollar beş sentə alver edilib.

Həmçinin Şimal dənizinin Brent nefti barreldə 107 dollar doqquz sentə çatıb.

OPEK-in neft səbətinin qiyməti öncəki iş günü ilə müqayisədə iki dollar 39 sent artımla 105 dollar 33 sentə yüksəlib.

OPEK-in neft səbəti ən mühüm meyarlardan biri kimi, xam neft qiymətinin təyini zamanı istifadə edilir.

Neft bazarı ekspertlərinin proqnozlarına görə, Avropa ölkələri tərəfindən Rusiyanın enerji sektoruna embarqonun qoyulacağı təqdirdə, qara qızılın qiyməti daha çox artımın şahidi olmuş olacaq.

Teqlər