May 20, 2022 11:13 Asia/Baku
  • Çin vaksini təcili şəkildə təsdiq edilib

Ümumdünya Səhiyyə Təşkilatı Çin vaksini olan Konvidesiyanı(Convidecia) təcili surətdə təsdiq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Çin hökuməti bu günlər COVID-19-un meydana gəldiyi zamandan bəri, pandemiyanın ən kəskin dalğası ilə əlbəyaxadır.

Çinin iqtisadi paytaxtının sakinlərindən iyirmi beş milyon nəfər şiddətli koronavirus məhdudiyyətlərinə məruz qalıb. Pekin şəhəri də yoluxmanın yeni hallarının artmasından sonra koronaya qarşı tədbirləri kəskinləşdirməkdədir.

Çin vaksini- Konvidesiyanın təcili surətdə təsdiq edilməsinin fonunda qeyd edək ki, Çin bir neçə ay bundan öncədən COVID-19 pandemiyasının geri dönüşü ilə üzləşir.

 

Teqlər