ABŞ-da vəziyyət hər gün pisləşir
İnflyasiya 40 illik maksimuma çatıb
ABŞ-da iqtisadi böhran dərinıəşir. İnflyasiya 40 illik maksimuma çatıb, benzin isə 62% bahalaşıb.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın Əmək Departamentinin yaydığı məlumata görə, ölkədə ən ciddi bahalaşma yanacaq, ərzaq və mənzil qiymətlərində qeydə alınıb.
Məlumatda deyilir ki, mayda ABŞ-da inslyasiya 0,3% artaraq 8,6%-ə yüksəlib ki, bu da 1981-ci ildən sonra ən yüksək göstəricidir.
Bu barədə ABŞ-ın Əmək Departamenti məlumat yayıb. Qurumun hesabatında göstərilir ki, bahalaşma bütün sektorları əhatə edib.
Ən ciddi bahalaşma yanacaq, ərzaq və mənzil qiymətlərində qeydə alınıb. İl ərzində enerji daşıyıcılarının qiyməti 34,6% bahalaşaraq 2005-ci ildən sonra ən yüksək həddə çatıb.
ABŞ-da yanacağın qiyməti də artmaqda davam edir.
CNN-in məlumatına görə, ölkədə 1 qalon benzinin qiyməti 5 dollara çatıb. Bu da illik əsasda təxminən 62% artım deməkdir. Ötən ilin iyununda 1 qalon benzin 3 dollar idi.