İyun 14, 2022 14:11 Asia/Baku
  • Ruslar müharibə başlayandan bəri 97 mld. qazanıblar

Rusiya Ukraynadakı müharibənin ilk 100 günü ərzində neft və qaz ixracından təxminən 97 milyard dollar qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Müstəqil Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin hesabatında bildirilir ki, Rusiya Ukrayna münaqişəsinin ilk 100 günündə, fevralın 24-dən iyunun 3-dək qalıq yanacaq ixracından 97 milyard dollar gəlir əldə edib.

Məlumata əsasən, Avropa İttifaqı bu idxalın 61%-ni təşkil edib ki, bu da təxminən 59 milyard dollar deməkdir.

Qeyd olunur ki, gəlirlər ilk 100 gün ərzində Ukrayna müharibəsinin xərclərini ötüb.

Avropa İttifaqı 2022-ci ilin sonuna qədər dəniz yolu ilə gələn Rusiya neftinin idxalına qadağa qoymağı planlaşdırır ki, bu da idxalı üçdə iki azaldacaq.

Bu arada ABŞ Rusiyadan neft, qaz və kömür idxalına tam qadağa qoyub, Britaniya isə Rusiyanın neft idxalını ilin sonuna qədər dayandırmalıdır.

Teqlər