Qərb demokratiyası bütün müharibələrin amilidir
İyun 17, 2022 15:07 Asia/Baku
-
Si Tsinpin
Qərbin siyasətlərini tənqid edən Çin prezidenti deyibdir ki, Qərb demokratiyası bütün müharibələr və hərc-mərcliklərin, həmçinin bəşəriyyətin bugünkü bədbəxtliklərinin amilidir.
SəhərAzəri-nin məlumatına əsasən, Si Tsinpin Çinin yüksək vəzifəli rəsmilərilə yığıncaqda deyib ki, Qərb tərəfindən demokratiyanın təbliğ edilməsi, bütün dünyada insanların didərgin düşmələrinə bais olubdur.
Si Tsinpin əlavə edib: Bəzi Qərb ölkələri digər ölkələrin daxili işlərinə qarışmaq üçün insan hüquqları məsələlərindən sui-istifadə ilə zorla Qərb demokratiya sistemi və insan hüquqları anlamını təbliğ edirlər.
Çin prezidenti söyləyib: Qərblilər siyasi qütbləşdirmə ilə etnik təzadı şiddətləndirib, varlı ilə yoxsul arasında daha artıq məsafə yaradıblar.