Rusiyalı diplomat avropalıları avronun görünməmiş ucuzlaşmasın görə istehza edib
Rusiyanın Avstriyanın paytaxtı Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi "Mixail Ulyanov" Twitter səhifəsində yazdığı mesajında avronun görünməmiş ucuzlaşmasına və Qərbin Rusiyaya qarşı sanksiyalarının mənfi təsirinə işarə edib.
SəhərAzəri-nin məlumatına əsasən, Ulyanob bu Twitter mesajında yazıb: "Sanksiyaların əks effekt verdiyi və heç vaxt öz məqsədlərinə çatmayacağı hələ aydın deyilmi?"
Ulyanov daha sonra əlavə edib: "Avropa İttifaqı ölkələri diplomatik səylər əvəzinə uğursuz şəkildə iqtisadi təzyiqlərə və silah transferlərinə diqqət yetirdilər ki, bu da heç bir nəticə verməyəcək".
Ulyanov bu tvitini Avropa Parlamentinin irlandiyalı üzvü Mik Vallasın avronun dəyərinin düşməsi ilə bağlı tvitinə cavab olaraq, dərc edib.
Avropa İttifaqı valyutasının dəyəri son 20 ilin ən aşağı səviyyəsinə çatıb.
Avronun ucuzlaşmasına səbəb enerji sektorundakı böhran və yanacağın qiymətinin artması ilə əlaqədar Avropa İttifaqının iqtisadi tənəzzülə girməsi ilə bağlı narahatlıqdır.
Ümumilikdə bu ilin əvvəlindən avro öz dəyərinin 12 faizini itirib və buna səbəb Rusiya ilə Ukrayna arasında hərbi münaqişə zəminində enerji daşıyıcılarının qiymətinin artmasıdır.
Avropanın ən böyük enerji təchizatçısı olan Rusiyadan qaz idxalının çətinləşməsi Avropa ölkələrinin iqtisadiyyatına ziyan vurub.