Ukraynada yeni "Mossad" yaradılır?
Ukraynada artıq xüsusi bölmə yaradılıb və o, İsraildə "Mossad"ın məşğul olduğu işlə məşğuldur.Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko rusiyalı hüquq müdafiəçisi Mark Feyqinlə söhbətində bəyan edib.
"Deyə bilərəm ki, Ukraynada elə bölmələr var ki, İsrailin "Mossad" təçkilatının məşğul olduğu işlərlə məşğuldur. Bir azdan biz "Mossad"ı ötüb keçəcəyik...Bu gün Ukraynada dünyanın ən güclü xüsusi xidmət orqanlarından biri formalaşır", - Anton Qeraşşenko deyib.
O, əlavə edib ki, müharibə bitəndən sonra Ukrayna "Mossad"la hansı xidmətin öz ölkəsinin mənafelərini daha yaxşı qorumağı bacardığı barədə yarışacaqdır".
Xatırladaq ki, Fələstin torpaqlarının işğalı üzərində qurulmuş sionist İsrail rejimi qəsb etdiyi torpaqların həqiqi sakinlərinə qarşı ən dəhşətli terror qrupu olan Mossad-ı yaratmışdır. Həmin casusluq təşkilatı dünya səviyyəsində işğalçılığa qarşı çıxanları terror etməklə məşğuldur. ASALA erməni terror qruplaşması ilə müqayisə oluna bilən Mossad dövlət terrorizmi həyata keçirir.
Əslən yəhudi olan Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynada növbəti Mossad yaratması Ukrayna xalqının daha təhlükəli tale yaşayacağına işarə hesab oluna bilər.