Avq 02, 2022 13:13 Asia/Baku
  • Avstraliyada aborigen senator II Elizabeti “müstəmləkəçi kraliça” adlandırdı

Avstraliyada aborigen senator parlamentdəki andiçmə mərasimində II Elizabeti “müstəmləkəçi kraliça” adlandırıb

SəhərAzəri-nin məlumatına əsasən, senator Lidiya Torp parlamentdəki andiçmə mərasimində gündəm yaradıb. Torp and içərkən II Elizabeti “müstəmləkəçi kraliça” adlandırıb.

Torp Avstraliya parlamentində keçirilən andiçmə mərasiminə sağ əlini havaya qaldıraraq gəlib.

Torp and mətnində “Kraliça II Elizabetə sədaqət və bağlılıq göstərəcəyimə and içirəm” ifadəsinin qarşısında “müstəmləkəçi” sözünü işlədib. Ona Nümayəndələr Palatasının spikeri Sue Lines tərəfindən xəbərdarlıq edilib. Bundan sonra senator ikinci cəhdində andın mətnini kağız üzərində olduğu kimi oxumağa məcbur olub.

Qeyd edək ki, 2017-ci ildə arxeoloqlar aborigenlərin Avstraliyaya ilk dəfə 65 000 il əvvəl gəldiyini göstərən arxeoloji məlumatlar əldə ediblər. 

26 yanvar 1788-ci ildə ilk İngilis donanmasının qitəyə enişindən sonra yerli xalqa qarşı böyük qırğınlar və mədəni soyqırımlar olduğunu iddia edən aborigenlər bu tarixi “İşğal günü” elan ediblər. Onlar bu tarixin “Avstraliya Günü” kimi qeyd edilməsinə qarşı çıxırlar. Avstraliyada aborigenlər yetkin əhalinin 2%-ini təşkil edir.

Teqlər