Rusiya Ukraynanın yüzlərlə "Himar" və "Haubitsa" raketini məhv edib
https://azeri.sahartv.ir/news/dünya-i392039-rusiya_ukraynanın_yüzlərlə_himar_və_haubitsa_raketini_məhv_edib
Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun iki növ qabaqcıl raketlərinin saxlandığı anbara uğurlu hücum etdiyini açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 10, 2022 09:50 Asia/Baku
  • raket
    raket

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun iki növ qabaqcıl raketlərinin saxlandığı anbara uğurlu hücum etdiyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, "FARS" xəbər agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Rusiya qüvvələri Ukraynanın mərkəzində yerləşən Uman şəhəri yaxınlığında ABŞ istehsalı olan HIMARS raketləri və M777 haubitsalarının saxlanıldığı sursat anbarını məhv edib.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü zərbə zamanı 300-dən çox raketin məhv edildiyini bildirib.

Kiyev qabaqcıl, uzaqmənzilli HIMARS-ın ABŞ-dan gəlməsini mümkün oyun dəyişdiricisi kimi alqışlayır, Moskva isə Qərbi Ukraynanı silahlandırmaqla münaqişəni "uzatmaqda" ittiham edir.