Ukrayna taxılı Afrikanın yerinə, Avropaya gedir
-
Ukrayn
Rusiya Xarici İşlər Nazirliyi Qərb ölkələrinin dünyanın ərzaq təhlükəsizliyi barədə tərəddüd yaratmalarını tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya və Türkiyənin müdafiə nazirləri və Ukraynanın infrastruktur naziri iyulun 22-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Antonio Quterreşin iştirakı ilə İstanbulda keçirilən görüşdə Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması və ixracı haqqında saziş imzaladılar.
Taxıl daşıyan gəmilərin yüklənməsi BMT-nin Ukraynadan taxıl daşınmasının dayandırılması, onun ardınca da qiymətlərin artması ilə bağlı dünyanın bəzi nöqtələrində qıtlığın baş verməsi barədə xəbərdarlıq etməsindən sonra başlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: Təəssüflər olsun ki, Ukrayna taxılını daşıyan bir gəmi belə, Afrika ölkələrinə tərəf getmir. Onların əksəriyyəti indiyədək qərb ölkələrinin limanlarına tərəf hərəkət edir və onların yükləri yalnız buğda deyil, həm də taxıl və günəbaxan yağıdır. Bu rəftar, Qərb ölkələrinin dünyanın ərzaq təhlükəsizliyi barədəki nigarançılıq iddiaları ilə təzad təşkil edir.