Sen 23, 2022 12:06 Asia/Baku
  •  Ukraynanın işğal olunmuş ərazilərində “referendum” başlayıb

 Ukraynanın işğal olunmuş ərazilərində “referendum” başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Xerson, Zaporojye vilayətlərində və Donbassda cümə günü saat 08:00-da Rusiya Federasiyasına subyekt kimi daxil olmaq üzrə “referendum”da səsvermə başlayıb.

Bildirilir ki, bu, sentyabrın 27-si daxil olmaqla, təhlükəsizlik maraqları baxımından ilk dörd gündə bu rayonlarda seçki məntəqələrində deyil, ona yaxın ərazilərdə və sakinlərə müraciət etməklə səsvermə keçiriləcək.

Qondarma “Luqansk Xalq Respublikası”nda, Zaporojye və Xerson vilayəti ərazisindəki seçki məntəqələrində səsvermə sentyabrın 27-də keçiriləcək. Daha sonra səslərin hesablanmasına başlanılacaq. Qondarma “Donetsk Xalq Respublikası”nda isə sentyabrın 27-də seçki məntəqələrində səs vermək mümkün olacaq.

Sentyabrın 23-də Rusiyanın bir sıra şəhərlərində qaçqınlar üçün təşkil edilmiş seçki məntəqələri açılıb.

Teqlər