Rusiyadan Avropaya neft nəql edən növbəti kəmərdə sızma baş verib
Polşa Rusiyadan Avropaya neft nəql edən “Drujba” kəmərində sızıntı aşkarladığını açıqlayıb.
SəhərAzəri-nin “Reuters"ə istinadən xəbərinə görə, sızıntıya qəzanın səbəb olduğu bildirilib.
Məlumata görə, Polşanın boru kəməri operatoru PERN sızıntının ötən axşam Almaniyaya neft nəql edən əsas xəttə aşkarlandığını açıqlayıb.
Polşanın enerji infrastrukturu üzrə rəsmisi Mateuş Berger “Reuters"ə telefonla verdiyi açıqlamada sızıntının təxribat nəticəsində baş verməsinə inanmaq üçün heç bir əsas olmadığını bəyan edib.
PERN-in bəyanatında sızıntının dəqiq səbəbinin hələ ki müəyyən edilmədiyi qeyd olunub.
Qeyd edəK ki, “Drujba” neft kəməri Almaniya, Polşa, Belarus, Macarıstan, Slovakiya, Çexiya və Avstriya da daxil olmaqla Rusiya neftinin Avropaya nəqlini həyata keçirən və dünyanın ən böyük neft kəmərlərindən biri hesab edilir.
Ötən ay da "Şimal Axını" bir və iki boru kəmərlərində təxribatlar törədildi.
Analatiklər bu qənaətdədirlər ki, son hadisələrin yeganə qalibi, Amerikadır, zira bu ölkə həm LNG qazını Avropaya daha çox ixrac etməkdən, həm də müharibənin hər iki tərəfini zəiflətmək və Avropanı özündən asılı vəziyyətdə saxlamaq məqsədilə Avropa Birliyi ilə Rusiya arasındakı gərginliyin davam etməsindən mənfəət əldə edir.