Noy 16, 2022 21:14 Asia/Baku
  • Beynəlxalq Enerji Agentliyi Rusiyaya qarşı sanksiyaların nəticələri ilə bağlı xəbərdarlıq edib

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının yeni raundunun tətbiqinə toxunan Beynəlxalq Enerji Agentliyi Avropada enerji böhranının kəskinləşməsi və inflyasiya səviyyəsinin artması ilə bağlı xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ukraynada müharibə başlayandan bəri Avropa və Amerika rəsmiləri Rusiyaya qarşı müxtəlif siyasi və iqtisadi sanksiya paketləri həyata keçiriblər ki, onların məqsədi Rusiyanı iqtisadiyyatını iflic vəziyyətə salmaq və bu ölkəyə təzyiq göstərmək olub.

Beynəlxalq Enerji Agentliyi xəbərdarlıq edib ki, Avropa İttifaqının 2023-cü ilin fevralından Rusiyaya qarşı sanksiyalarının yeni mərhələsinin başlaması ilə yanacağın qiymətləri daha bir kritik mərhələyə keçəcək.

Bu beynəlxalq təşkilatın hesabatına görə, dizelin qiyməti və xam neftin qiymətindəki nisbi fərq oktyabr ayında görünməmiş səviyyəyə çatıb və ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 70 və 425 faiz artıb.