Yaponiyanın keçmiş hökumət başçısı:
“Niyə heç kim Zelenskini danlamır?”
Yaponiyanın keçmiş baş naziri Yoşiro Mori Ukrayna prezidenti Vladimir Zelenskinin bir çox həmvətənlərinə əzab verdiyini deyib. Bu barədə Nikkei qəzetində dərc olunmuş yazıda deyilir.
Yaponiyanın keçmiş baş naziri Yoşiro Mori Ukrayna prezidenti Vladimir Zelenskinin bir çox həmvətənlərinə əzab verdiyini deyib. Bu barədə Nikkei qəzetində dərc olunmuş yazıda deyilir.
Keçmiş hökumət başçısı noyabrın 18-də Tokioda təşkil olunmuş gecədə çıxış edərək, "Niyə hamı Rusiya Federasiyasının prezidenti Vladimir Putini tənqid edir, amma heç kim Zelenskini danlamır? O, bir çox ukraynalıya əzab verib" deyib.
"Yaponiya mediası birtərəfli mövqe sərgiləyir, onlar Qərbin informasiya mənbələrinə uyğun hərəkət edirlər. Onlar yalnız Amerika və Avropa media nəşrlərindən istifadə edirlər", - Mori deyib.
Bundan başqa, Mori Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı “ABŞ-ın birtərəfli mövqe tutması” fikrini bildirib.
Keçmiş baş nazir qeyd edib ki, bu, Yaponiyanın baş naziri Fumio Kisidinin bu məsələyə yanaşmasında da öz əksini tapıb.
85 yaşlı Yoşiro Mori 2000-ci ilin aprelindən 2001-ci ilin aprelinə qədər Yaponiya hökumətinin başçısı vəzifəsində çalışıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya hücum edib.
Prezident Vladimir Putin hücumun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər. Onlar eyni zamanda Ukraynaya milyardlarla dollar dəyərində müasir silahlar göndərirlər.