Rusiya 20-dən çox alman diplomatını bu ölkədən çıxarır
https://azeri.sahartv.ir/news/dünya-i399355-rusiya_20_dən_çox_alman_diplomatını_bu_ölkədən_çıxarır
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva Almaniyanın oxşar qərarına cavab olaraq, 20-dən çox alman diplomatını ölkədən qovmaq niyyətindədir.
(last modified 2024-06-25T08:12:33+00:00 )
Apr 23, 2023 16:45 Asia/Baku
  •  Rusiya 20-dən çox alman diplomatını bu ölkədən çıxarır

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva Almaniyanın oxşar qərarına cavab olaraq, 20-dən çox alman diplomatını ölkədən qovmaq niyyətindədir.

SəhərAzəri-nin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva, Berlinin Rusiyanın Almaniyadakı diplomatik nümayəndəliklərinin əməkdaşlarını kütləvi şəkildə qovmasına qarşılıqlı cavab olaraq, 20-dən çox alman diplomatını ölkədən çıxarmaq qərarına gəlib. 

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Biz Berlinin Rusiya-Almaniya münasibətlərinin bütün spektrlərini açıq şəkildə məhv etməyə davam edən bu hərəkətlərini qətiyyətlə pisləyirik".

Ukraynada müharibə başlayandan Moskva ilə Berlin arasında gərginlik artıb.Ötən ilin aprelində Almaniya hökuməti 40-a yaxın rusiyalı diplomatı arzuolunmaz şəxs elan edərək, ölkədən çıxarıb. Bu rəqəm Almaniyanın Rusiyadakı diplomatik təşkilatları əməkdaşlarının üçdə birinə bərabər idi.

Rusiyanın bu hərəkəti, öz növbəsində, 2022-ci il aprelin əvvəlində Almaniya hakimiyyətinin "arzuolunmaz şəxslər" adlandırdığı və bu ölkədə "casusluq"da ittiham etdiyi Rusiyanın Berlindəki səfirliyinin 40 əməkdaşının ölkədən çıxarılmasına cavab idi.