May 15, 2023 17:17 Asia/Baku
  • Almaniyada 2022-ci ildə məscidlərə onlarla hücum edilib

Almaniya Cinayətin Qarşısının Alınması Bürosu 2022-ci ildə Almaniyada məscidlərə onlarla hücumun qeydə alındığını açıqlayıb.

Almaniya Cinayətin Qarşısının Alınması Bürosu 2022-ci il üçün ölkədə məscidlərə edilən hücumların sayına dair illik hesabatını açıqlayıb və bu hesabatda 62 hücumun qeydə alındığını, hücumların sayının 2021-ci illə müqayisədə 14 faiz artdığını bildirib.

Hesabat göstərir ki, bu hücumların əksəriyyəti ifrat sağçılara mənsub şəxslər və ya qruplar tərəfindən həyata keçirilib.

Almaniya Müsəlmanları Mərkəzi Şurası öz növbəsində bildirib ki, müvafiq qurumlara məlumat verilməyən halların olması səbəbindən illik hesabatda qeyd olunanların sayı faktiki halların sayından azdır.

Maraqlıdır ki, Əl-Əzhər Ekstremizmlə Mübarizə Rəsədxanası bundan əvvəl müsəlmanlara və onların müqəddəsliklərinə qarşı ifrat sağçı hücumların artmasına, ictimai çıxışlarda və sosial şəbəkələrdəki səhifələrində onlara qarşı davamlı olaraq təhrik edilməsinə dair bir neçə hesabat yaymışdı.

Rəsədxana vurğulayır ki, islamofobiya fenomeni ilə mübarizə ifrat sağçı qruplara qarşı daha sərt tədbirlərin görülməsini və cəmiyyətdə tolerantlıq və dinc yanaşı yaşama ideologiyasının təşviqi üçün səylərin ikiqat artırılmasını tələb edir.

Qeyd edək ki, Qərb ölkələrində, o cümlədən Almaniyada söz azadlığı bəhanəsi ilə İslama və Peyğəmbəri-Əkrəm (s) və Qurani-Kərim kimi islam müqəddəslərinə qarşı hörmətsizliyə icazə verilir və bu ölkələrin hökuməti və qanunları anti-islamçıları, o cümlədən ifrat sağçıları dəstəkləyir.

Buna görə də, son illərdə Avropa ölkələrində islamofobiya və müsəlmanlara qarşı zorakılıq tendensiyası artıb.

Teqlər