ABŞ İran sərhədi yaxınlığındakı 6 terror dəstəsinə dəstək verir
İraqda şiə qrup və partiyalardan ibarət koordinasiya çərçivəsinin rəhbərlərindən olan Cabbar Udə vurğulayıb ki:
SəhərAzəri-nin məlumatına əsasən, Amerika müxtəlif formalarda İraq-İran sərhəd zolağının yaxınlığında- İraq Kürdüstanı bölgəsində fəaliyyət göstərən altı qrup və təşkilata dəstək verir
Cabbar Udə Əl-Məlumə xəbər vebsaytı ilə eksklüziv müsahibəsində deyib: Amerikanın xarici siyasəti fitnəkarlığa, həmçinin beynəlxalq qarşıdurma və münaqişələr yaratmağa söykənir, çünki Vaşinqton İngiltərənin “Təfriqə sal və hökumətlik et!” siyasət prinsipinin varisi və davamçısıdır.
Udə qeyd edib: Baş verən budur ki, Amerika// sərhədlərin yaxınlığında yerləşən terror dəstələri rıçaqından istifadə ilə,/ bu bölgəni regional toqquşmalar səhnəsinə çevirməyə çalışır.
Koordinasiya çərçivəsinin bu məsul şəxsi əlavə edib: Biz bu qrupların İraqın qonşu ölkələrlə sərhədləri ətrafında iştirak və fəaliyyətlərini qanunsuz sayırıq, çünki İraq Əsas Qanunu İraqla həmsərhəd olan qonşu ölkələr əleyhinə istənilən fəaliyyətə mane olmağa təkid edir.
Cabbar Udə daha sonra deyib: Amerika silahlı dəstələrə dəstək vermək yolu ilə/ İraq Kürdüstanı bölgəsinin təhlükəsizliyini ələ salır/ və bu regionu təhlükəli bir səmtə sövq etdirir.