Avq 19, 2023 12:53 Asia/Baku
  • Ukrayna savaşında 500 min hərbçi ölüb və yaralanıb

Ukrayna müharibəsində yarım milyona yaxın hərbçi ölüb və yaralanıb.

Bir Amerika qəzeti xəbər veribdir ki, ötən on səkkiz ay ərzində yarım milyona yaxın Rusiya və Ukrayna hərbçisi müharibədə ölüb və yaralanıbdır.

«Nyu-York Tayms» qəzeti iddia edibdir ki, Rusiya hərbçilərinin tələfatı üç yüz min nəfərə çatıb və bunlardan yüz iyirmi min nəfəri ölüb, yüz yetmiş mindən-yüz səksən minədək hərbçi isə yaralanıbdır.

Qəzet həmçinin iddia edibdir ki, Ukrayna tərəfindən də yetmiş min əsgər ölüb və yüz mindən-yüz iyirmi minədək hərbçi də yaralanıbdır.

Ukrayna müharibəsi və Qərb ölkələrindən Kiyevə silah və sursatların göndərilməsi davam edir.

Qərb ölkələri, xüsusən Amerika Rusiyaya qarşı sanksiyalar təzyiqini kəskinləşdirmək, həmçinin Kiyevə yüngül və ağır silahlar təqdim etməklə nəinki Ukrayna müharibəsinə son qoymaq istiqamətində bir addım atmayıblar, əksinə, bu ölkədəki döyüş alovunu daha da qızışdırıblar.