Avq 20, 2023 18:11 Asia/Baku
  • Türkiyə: Bu qəbuledilməzdir

Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının sözçüsü şənbə günü BMT sülhməramlılarını Kipri ayıran bufer zonada mübahisəli yolun tikintisinə mane olduqlarına görə tənqid edərək, onların münasibətini "qəbuledilməz" və "son dərəcə yanlış" adlandırıb.

Türkiyənin hakim partiyasının sözçüsü Ömər Çelik özünün Twitter səhifəsində yolun tikintisini müdafiə edərək, BMT sülhməramlılarının “qəbuledilməz” münasibətini pisləyib.

Türkiyə iki Kipri ayıran bufer zonasında bu yolun tikilməsində israr edir, lakin BMT sülhməramlılarının yolun tikintisinə maneə törətməsi onların Kipr türk qüvvələri ilə qarşıdurmasına səbəb olub.

BMT-nin Aralıq dənizinin şərqindəki adadakı missiyası bildirir ki, onun sülhməramlıları Pyla kəndinin yaxınlığında icazəsiz tikinti işlərinin qarşısını almağa çalışarkən Kipr türk qüvvələri tərəfindən hücuma məruz qalıblar.

Pyla yeganə kənddir ki, orada Kipr yunanları və Kipr türkləri yan-yana yaşayır.