Şimali Koreyanın «Kruz» raket sınağı uğurlu olub
Şimali Koreyanın mərkəzi informasiya agentliyi bu gün səhər saatlarında bir gəmi üzərindən strateji «Kruz» raketlərinin sınağının uğurla keçirildiyini bildirib.
Raket sınağı Şimali Koreyanın rəhbəri Kim Çen In-ın iştirakı və nəzarəti ilə keçirilib. Sınaqda məqsəd, «sözügedən gəminin və onun raket sisteminin döyüş fəaliyyət göstəriciləri»nin araşdırılması adlandırılıb.
Həmçinin «real müharibədə hücum tapşırığı»nın yerinə yetirilməsi zamanı gəmidəki dənizçilərin fəaliyyət göstəricilərinin yaxşılaşdırılması, sözügedən sınağın digər hədəflərindən olubdur.
Belə bir halda, Cənubi Koreyanın təhlükəsilzik xidməti son zamanlar bu ölkə parlamentinə təqdim etdiyi məlumatda iddia edibdir ki, Şimali Koreya uzaq mənzilli raketlərin və kəşfiyyat peyklərinin buraxılması kimi silah sınaqlarının yeni mərhələsinə hazırlaşır.
Şimali Koreya dəfələrlə elan edibdir ki, Amerikanın və onun regiondakı müttəfiqlərinin/ bu ölkəyə qarşı gərginlikyaradan və təxribatçı hərəkətlərdən əl çəkməyəcəkləri zamanadək/ rəsmi Pxenyan da öz ərazilərini qorumaq üçün hərbi gücünü artıracaqdır.