Rusiya Federal Hava Nəqliyyatı Agentliyi:
Sərnişinlərin siyahısında Yevgeni Priqojinin də adı-soyadı var
Rusiyanın Tver vilayətində özəl “Embraer Legacy” təyyarəsi qəzaya uğrayıb. Təyyarənin sərnişinlərinin siyahısında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin adı və soyadı var.
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Tver vilayətində göyərtəsində on nəfərin olduğu özəl “Embraer Legacy” təyyarəsi qəzaya uğrayıb.
"Hava gəmisinin göyərtəsində on nəfər olub, onlardan üçü ekipaj üzvü olub. İlkin məlumata görə, təyyarədə olanların hamısı həlak olub", - Nazirlikdən bildirilib.
Təyyarənin Moskvadan Sankt-Peterburqa uçduğu dəqiqləşdirilir. Təyyarənin Kujenkino kəndi yaxınlığına düşdüyü bildirilir. Xilasedicilər axtarış aparıblar.
Öz növbəsində Federal Hava Nəqliyyatı Agentliyi məlumat verib ki, sərnişinlərin siyahısında Vaqner Qrupunun rəhbəri Yevgeni Priqojinin də adı-soyadı var.
"Bu axşam Tver vilayətində "Embraer" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var" - məlumatda vurğulanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə olan 10 nəfərin hamısı ölüb.
Qeyd olunub ki, “Embraer” təyyarəsi Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş.
Hadisə Kujenkino kəndi yaxınlığında baş verib. Yarım saat ərzində havada olan təyyarə yerə çırpıldıqdan sonra yanıb.
Rusiya İstintaq Komitəsi Tver vilayətində baş vermiş təyyarə qəzasından sonra yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı cinayət işi açıb.
Bu barədə İdarənin Teleqram kanalı xəbər verir.