Ölənlərin siyahısı bəlli olub
Qəzaya uğrayan təyyarənin ikinci pilotu azərbaycanlıdır
Dünən “Vaqner” rəhbəri Yevgeni Priqojinin də olduğu təyyarənin qəzaya uğraması nəticəsində ölənlər arasında təyyarənin ikinci polotu Rütəm Kərimovun da olduğu təsdiqlənib.
SəhərAzəri-nin məlumatına görə, 29 yaşlı Kərimov 2014-cü ildə Ryazandakı Sasovo Mülki Aviasiya Uçuş Məktəbindən məzun olub.
Rusiya mətbuatı Rüstəm Kərimovun atası ilə müsahibəni dərc edib. Həmin müsahibədə ikinci pilotun atası oğlunun həlak olduğunu təsdiqləyib.
“Bəli, Rüstəm Kərimov mənim oğlumdur. Bu şirkət cəmi üç aydır işləyirdi. İki ay əvvəl Peterburqa getmişdi. Uçuşdan öncə anasına zəng edərək bu reyslə uçacağını demişdi”, - atası bildirib.
Ötən gün axşam saatlarında Moskvadan Sankt-Peterburqa uçan şəxsi təyyarənin Tver vilayətində qəzaya uğraması nəticəsində ölənlərin siyahısı da Rusiya mətbuatında yayılıb. 3 ekipaj üzvü və 7 sərnişinin hamısı ölüb.
“Vaqner” rəhbəri Yevgeni Priqojinlə birgə, “Vaqner”in komandiri Dmitri Utkin, Sergey Propustin, Yevgeni Markaryan, Aleksandr Totmin, Valeri Çekalov, Valeri Çekalov və Nikolay Matuseyev ölüb.
Həlak olan ekipaj üzvləri isə bunlardır: Aleksey Levşin (təyyarənin kapitanı), Rüstəm Kərimov (ikinci pilot) və Kristina Raspopova (stüardessa).