Avq 30, 2023 18:23 Asia/Baku
  • Nyu-York məscidlərindən azanın verilməsi azad elan olunub

Nyu-York meri bu şəhərdəki məscidlərdən azanın verilməsi barədə lisenziya verib.

Nyu-York meri çərşənbə axşamı günü rəsmi şəkildə bir fərman imzalayıb. Bu fərmana əsasən, cümə günlərində zöhr azanı, Ramazan ayının bütün gecələrində də qürub azanının Nyu-York şəhər məscidlərinin xarici ruporlarından verilməsinə icazə verilir.

Bu fərmana əsasən, məscidlər öz binalarından kənarda da səs gücləndiricisi quraşdıra və onun vasitəsilə azan verə bilərlər.

Bu hadisə/ Nyu-York meri- Erik Adamsın bu şəhərdə bütün dinlərə hörməti gücləndirmək istiqamətində göstərdiyi səylər çərçivəsindədir.

8.5 milyon nəfərlik əhaliyə malik olan Nyu-York, Amerikanın iqtisadi paytaxtı və ən çox sakini olan şəhəridir.

Nyu-York meri/ Nyu-York polis rəisi və bu şəhərdəki islami ruhanilər və fəallardan bir qrupunun qarşısında keçirilən mətbuat konfransında belə söyləyib: Bu gün şəffaf surətdə deyirəm ki, məscidlər və ibadət məkanları ayrıca bir lisenziya almağa ehtiyac olmadan, cümə günlərində və Ramazan ayında azan vermək sərbəstliyinə malik olacaqlar. Bizim müsəlman bacı və qardaşlarımız bilməlidirlər ki, öz əqidələri ilə Nyu-York şəhərində yaşamaq azadlığına malikdirlər, zira qanun əsasında hamı ilə bərabər rəftar edəcəyik. Biz bu irəliləyişlə fəxr edirik.

O, bildiribdir ki, İordaniya da daxil olmaqla dünyanın bir sıra müsəlman ölkəsində olub və azanın səsindən son dərəcə təsir altına düşüb.

Erik Adams həmçinin deyibdir ki, müsəlmanların öz namazlarını qıla bilmələri üçün Nyu-York şəhərindəki ictimai təşkilatlarda namazxanalar yaradılacaq.

Nyu-York meri əlavə edib: Azanın səsini ilk dəfə olaraq, məscidlərin xarici ruporlarından eşidəcəksiniz. Bu, Nyu-Yorkun müsəlman icması üçün mühüm bir andır.

Bu, Amerikada qəbul edilən mühüm bir qərar sayılır, zira bundan əvvəl azan yalnız məscidlər və ibadət məkanlarının daxili mühitində verilirdi.

 

Teqlər