Yan 22, 2024 14:35 Asia/Baku
  • Almaniya hökumətinin İsraili soyqırım ittihamından müdafiə etməsi Kremlin qınağına tuş gəldi

Rusiyanın XİN sözçüsü Almaniyanı məzəmmət etdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Almaniyanın İsraili soyqırım ittihamlarından müdafiə etməsi Rusiyanı təəccübləndirmir.

Mariya Zaxarova deyib: “İsraili Qəzzə zolağının əhalisinə qarşı soyqırımda ittiham edərək Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldıran Cənubi Afrika Respublikasına qarşı çıxmaq mənasızdır və görünür almanlar insanların kütləvi şəkildə məhv edilməsi məsələlərində özlərini “mütəxəssis” bilirlər.

Diplomat həmçinin bildirib ki, “ən qorxulu şey neonasist təcrübələrinin təsdiqlənməsi fonunda alman militarizminin davam edən canlanmasıdır”.

Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsində iddia Cənubi Afrikanın hakimiyyət orqanları tərəfindən soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın İsrail tərəfinin mümkün pozulması ilə əlaqədar qaldırılıb.

Sənəddə iddia edilir ki, İsrailin Qəzzə zolağındakı hərəkətləri soyqırım kimi səciyyələndirilə bilər, çünki onlar “Fələstinlilərin daha geniş milli, irqi və etnik qrupunun bir hissəsi kimi Qəzzədə fələstinliləri məhv etmək” məqsədi ilə həyata keçirilir.

İddianın bir hissəsi olaraq, Cənubi Afrika tərəfi məhkəmədən istəyib ki, İsrail konvensiya üzrə öhdəliklərini pozduğuna görə Qəzzə zolağında bütün hərbi əməliyyatları dayandırmalı, habelə təzminat ödəməlidir.

İsrail tərəfi bu ittihamları rədd edərək, Cənubi Afrikanın mövqeyini ikiüzlü adlandırıb. Almaniya isə sionistlərə yaltaqlanaraq, Haaqa Beynəlxalq Məhkəməsində üçüncü tərəf kimi iştirak etməyə qərar verib.

 

Teqlər