Mart 19, 2024 13:34 Asia/Baku
  • ABŞ-da vətəndaş müharibəsi təhlükəsi reallaşıb

Terrorla mübarizə üzrə ixtisaslaşmış iki amerikalı professor hesab edir ki, ifrat sağçı terrorizm ABŞ-da vətəndaş müharibəsinə səbəb ola bilər.

Bu barədə Brus Hoffman və Ceykob Uerin CNN üçün yazdıqları məqalədə bildirilir. Müəlliflər qeyd edirlər ki, 2024-cü ilin üç ayı ərzində həm ifrat marqinnaların, həm də ABŞ-ın sadə sakinlərinin dilindən siyasi zorakılıqla bağlı dəhşətli proqnozlar eçidilir.

Məqalədə qeyd olunur ki, ABŞ vətəndaş müharibəsinə hər bir amerikalının inanmaq istədiyindən daha yaxındır və bu inanc bir çox ağ millətçi, irqçi, ksenofoblar və hökumət əleyhdarı silahlı dəstələr tərəfindən qəbul edilir.

Onların fikrincə, belə şəraitdə zorakı hərəkətlərin ölkəni xaosa sürükləmək riski yüksəkdir.

Bu arada ən acınacaqlı qiymətləndirmə kanadalı jurnalist Stiven Marşdan gəlib. O, Amerikada yeni vətəndaş müharibəsinin qaçılmaz olduğuna qəti şəkildə inanır.

 

“Birləşmiş Ştatlar öz sonuna yaxınlaşır. Bütün məsələ odur ki. bu necə baş verəcək”, deyə Stiver Marş bildirib.

Məqlədə o da vurğulanır ki, ABŞ şəxsi əllərdə olan odlu silahların sayına görə dünyada böyük fərqlə liderdir.

 

Teqlər