Mart 21, 2024 15:07 Asia/Baku
  • Amerikalı senator: “Amerika dəstək göstərməsə İsrailin gələcəyi sona çatacaq”

ABŞ Senatında çoxluğun lideri Çak Şumer “New York Times” qəzetinə verdiyi müsahibədə İsrailin baş naziri Binyamin Netanyahunu kəskin tənqid edərək: “Amerikanın dəstəyi olmadan İsrailin gələcəyi məhvə sürüklənəcək”-deyib.

“New York Times” qəzetinə verdiyi müsahibədə Şumer Netanyahunun 2026-cı ilə qədər sionist rejimdə yeni seçkilərin keçirilməsinin qarşısını almaq istəyi olduğunu bildirib.

"Mən ona görə narahatam ki, onun başçılığı ilə İsrail (rejim) dünyada və hətta Amerikada nifrətlə qarşılanan bir hökumətə çevriləcək"- Şumer çıxışında deyib.

O, daha sonra hazırkı gedişatdan xəbər verərək bildirib ki, sionist rejim uçuruma doğru yuvarlanır və məhvə doğru gedir.

  "Hər şey gec olmamışdan öncə bunu deməli idim. Mən Amerikanın dəstəyi olmadan İsrailin gələcəyinin sona çatacağından xəbər verirəm”- Çak Şumer əlavə edib.

 

 

 

Teqlər