Qəzzə soyqırımında ABŞ-sionizm birliyi
Tarixin ən dəhşətli soyqırımı əməliyyatı ABŞ silahları ilə davam etdirilir. Bu barədə “Vaşinqton Post” məlumat yayıb.
ABŞ Qəzza zolağında 33 minə yaxın dinc müsəmanın qırğın edilməsinə qarşı beynəlxalq etirazlara etinasız yanaşaraq cinayətkar sionist rejimə milyardlarla dollar dəyərində döyüş təyyarələri və bombaların təhvil verilməsinə icazə verib. Bu barədə “Vaşinqton Post”-un məlumatında deyilir.
“Bayden administrasiyası Qəzzanın cənubunda gözlənilən hərbi hücumla bağlı narahatlıqlara baxmayaraq, son günlərdə İsrailə milyardlarla dollar dəyərində bomba və döyüş təyyarələrinin təhvil verilməsinə icazə verib” deyə məlumatda yazılıb.
Bildirilir ki, tədarüklərə 1800-dən çox MK84 bombası və 500-dən çox MK82 bombası daxil olacaq.
Qeyd edək ki, işğalçı sionist rejimin Qəzzəyə qarşı qətliam əməliyyatının 175-ci günü üçün yayılan statistic məlumata görə, 32 min 623 mülki şəhid edilib, 75 min 92 nəfər isə yaralanıb.