Apr 03, 2024 15:57 Asia/Baku
  • Blinkenlə Sejournenin görüşündə “Azərbaycanın təhdidləri” müzakirə edilib

ABŞ dövlət katibi və Fransanın xarici işlər naziri Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü təhdid etdiyi və sərhəddə gərginlik yaratmaq niyyətində olduğu qənaətindədirlər.

Azərbaycan Ermənistanın ərazi bütövlüyünü təhdid edir və sərhəddə gərginliyi artırır. Bunu Fransanın Avropa və xarici işlər naziri Stefan Sejourne ABŞ dövlət katibi Entoni Blinken ilə aprelin  2 də Parisdə birgə mətbuat konfransı zamanı deyib. 

“Biz bu gün Azərbaycanın təhdid etdiyi Ermənistanın ərazi bütövlüyü məsələsinə toxunduq. Azərbaycanın ritorikası nəzarətdən çıxır və vəziyyətin gərginləşməsində Ermənistanı günahlandırmaq məqsədi güdür. Bundan başqa, biz Bakıdan gələn külli miqdarda saxta xəbərləri görürük. Bakı bu gərginlikdə Yerevanı gunahlandırır, ona baxmayarag  ki, Ermənistan bunu istəmir və bundan yayınmağa çalışır.

Biz onu da görürük ki, Bakının təbliğatı daha çox Rusiyanın Ukraynaya qarşı təbliğatı ilə üst-üstə düşür.  Biz bütün bunları Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində diqqət mərkəzində saxlamağa razılaşdıq”, - deyə Fransanın xarici işlər naziri bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnenin ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı səsləndirilən fikirlərə münasibət bildirib və bunu növbəti dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsi hesab edib.

 

Teqlər